“Qarabağdakı münaqişə ABŞ-ı maraqlandırmır” – Council on Foreign Relationsbackend

"Qarabağdakı münaqişə ABŞ-ı maraqlandırmır" - Council on Foreign Relations

“Qarabağdakı münaqişə ABŞ-ı az maraqlandırır”.

KONKRET.az xəbər verir ki, Amerikanın aparıcı beyin mərkəzlərindən birinin Beynəlxalq Əlaqələr Şurasının (Council on Foreign Relations) 2023-cü ildəki münaqişələrə həsr etdiyi araşdırmaya görə, Qarabağdakı münaqişə üçüncü münaqişələr qrupuna daxil edilib.

Bu o deməkdir ki, münaqişə ehtimalı orta, ABŞ üçün dəyəri isə aşağıdır. Eyni qrupa Yəmən, Liviya, Somalidəki münaqişələr, Suriya və İraqda Türkiyə ilə kürdlərin qarşıdurması, Kəşmirdəki toqquşma da daxildir.

Tayvan, Ukrayna, Rusiya, Şimali Koreya, İsrail-İran münaqişələri, Mərkəzi Amerika və Meksikadakı siyasi və iqtisadi qeyri-sabitlik ABŞ-ın prioritetləri sırasındadır.

Tədqiqatda ABŞ-ın maraqları nəzərə alınmaqla əsas münaqişələrə üstünlük verilib.

Riskin qiymətləndirilməsi matrisi “ABŞ-ın maraqları üçün vaciblik” meyarlarına və münaqişə ehtimalının dərəcəsinə əsaslanır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*