Qarabağdakı qondarma rejimin əski parçasını ermənilər də QƏBUL ETMƏDİLƏR  – RƏNGLƏDİLƏR + VİDEObackend

Qarabağdakı qondarma rejimin əski parçasını ermənilər də QƏBUL ETMƏDİLƏR - RƏNGLƏDİLƏR + VİDEO

Qarabağdakı qondarma rejimin əski parçasını ermənilər də qəbul etməyiblər.

KONKRET.az xəbər verir ki, Aprelin 5-də İrəvanda müxalifətin mitinqindən sonra vətəndaşlar Fransa meydanında qondarma qurumun bayrağını sancıblar.

Aprelin 7-də Milli Demokratik Qütbün (Sasna-Çrer) təşəbbüsü ilə bayraq təhqir edilib. Bayraqdakı ağ rəngli çalarlar müvafiq rənglərə boyanıb.

Hərbi canilər Robert Koçaryan və Serj Sarkisyanın əlaltılarının asdığı uydurma “arsax” bayrağını bir grup qərbpərəst qənc yenidən Ermənistan bayrağına çevirib.

Koçaryan və Sarkisyan gəncləri barbarlıq və vətənə xəyanətdə günahlandırıb.

Həmçinin Artaşat şəhərindən də separatçıların bayrağı oğurlanıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra Ermənistanda qərbpərəstlərlə ruspərəstlər arasında mübarizə kəskinləşib və bu mübarizə bəzən çox qəribə formalar alır.

Həmin görüntüləri təqdim edirik:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*