Qarabağdakı separatçıların son ÇIRPINTISI: Ermənilərin aksiyası nə ilə bitəcək? – AÇIQLAMAbackend

Qarabağdakı separatçıların son ÇIRPINTISI: Ermənilərin aksiyası nə ilə bitəcək? - AÇIQLAMA

Qarabağda yaşayan ermənilər etiraz aksiyasına başlaması, onların Xankəndi-Şuşa yolunda çadırlar quraraq müddətsiz aksiya elan etməsi sosial şəbəkələrin Azərbaycan və Ermənistan seqmentində müzakirələrə yol açıb. Erməni etirazçıların azərbaycanlı ekofəalların aksiyasını oğurlaması gülüş hədəfinə çevrilib. Onların, “Laçın dəhlizindəki postumuz götürülməlidir” tələbi isə absurd hesab edilib. Bəs görəsən, erməni separatçıların bu qondarma aksiyası nəyəsə nail ola bilərmi? 

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov ermənilərin rəzil və bədbəxt addım atdığını diqqətə çatdırıb. Onların Azərbaycanın hər şeyini oğurlamaqla məşğul olduğunu dilə gətirib: “Daha əvvəl musiqi və mədəniyyətimizi, mətbəximizi oğurlamağa cəhd göstəriblər. İndi isə ekofəallarımızın uğurlu aksiyasını mənimsəməyə çalışırlar. Əlbəttə ki, bu, Qarabağda yaşayan bütün ermənilərin aksiyası demək deyil. Biz görürük ki, Azərbaycanın sərhəd-buraxılış məntəqəsindən normal şəkildə keçib Xankəndinə gedən ermənilər var. Aksiyanı təşkil edən 3-5 nəfər isə Qarabağdakı separatçılardır və bu, onların son çırpıntılarıdır. Onlar silahı yerə qoyub və Azərbaycana təslim olub Qarabağdan getmək əvəzinə bu tip hərəkətlərlə vəziyyəti gərginləşdirməyə çalışırlar”.

Tural İsmayılov: “Qərbin apardığı danışıqlar daha işləkdir”

Politoloqun sözlərinə görə, ermənilərin özlərinə ekofəallarımızın Xankəndi-Laçın yolunda keçirdiyi aksiyaları örnək götürməsi kənardan çox iyrənc və kobud görünür: “Bu, imitasiyadan başqa bir şey deyil. İstənilən halda bu aksiyanın Qarabağda yaşayan ermənilərə heç bir aidiyyatı yoxdur. Çünki sözügedən aksiya Ermənistan və Qarabağda yaşayan separatçıların təşkil etdiyi ucuz şoudan başqa bir şey deyil. Amma bu tip “aksiya”ların heç bir nəticəsi ola bilməz. Çünki Azərbaycan öz ərazilərində sərhəd-buraxılış məntəqəsi qurub və bizim ərazi bütövlüyümüzü tanımayanlar ölkə qanunları qarşısında birmənalı şəkildə cavab verəcəklər”.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*