«Qarabağ»ın səhmləri satışa çıxarıldı – QİYMƏTbackend

«Qarabağ»ın səhmləri satışa çıxarıldı - QİYMƏT

Azərbaycanın ən populyar futbol klubu olan «Qarabağ» futbol klubunun səhmləri satışa çıxarılıb.

KONKRET.az xəbər verir ki, söhbət «Qarabağ Futbol Klubu» MMC-nin təsisçi payından gedir.

Təsisçi payını Cəmiyyətin ilk təsisçilərindən olan, mərhum Adil Nadirovun oğlu Sənan Nadirov satışa çıxarıb. Adil Nadirovun vəfatından sonra ona məxsus olan «Qarabağ Futbol Klubu» MMC-dəki 4851,88 miqdarında təsisçi payı vərəsəlik yolu ilə oğlu Sənan Nadirovun mülkiyyətinə keçib.

Qeyd olunan paylar hazırda açıq satışa çıxarılmaqla, 300 000 manat qiymətinə təklif olunur.

Təkliflə maraqlanan şəxslər [email protected] elektron poçt ünvanına, yaxud +994 55 206 90 24 telefon nömrəsinə müraciət edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*