“Qarabağın sərvətləri “dövlət”in müstəsna mülkiyyətidir” – Qondarma qurumdan “AÇIQLAMA”backend

"Qarabağın sərvətləri "dövlət"in müstəsna mülkiyyətidir" - Qondarma qurumdan "AÇIQLAMA"

“Qarabağın sərvətləri “dövlət”in müstəsna mülkiyyətidir”.

KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı separatçı rejimin “ətraf mühitin mühafizəsi komitəsi” adlı qondarma qurumundan deyilib.

“Azərbaycanın yer təki və ekoloji məsələlərlə bağlı “fərziyyə”lərinə cavab olaraq, Qarabağdakı səlahiyyətli “dövlət orqanı” kimi yerin təkindən istifadə edən şirkətlərin fəaliyyətinə lazımi nəzarəti həyata keçirir.

Biz vurğulayırıq ki, Qarabağın yerin təki “dövlət”in müstəsna mülkiyyətidir və ondan ekoloji və sosial məsuliyyətin qabaqcıl beynəlxalq standartlarına uyğun istifadə olunur.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq bəyanatına gəlincə, biz əminik ki, Qarabağ qanunvericiliyi çərçivəsində aparılan hər hansı araşdırmanın nəticələri ekoloji standartlara uyğunluğu təsdiq edəcək.

Biz hətta ekoloji riskləri qiymətləndirmək və sistemi təkmilləşdirmək üçün beynəlxalq ekspert qrupunu dəvət etməyə hazırıq”, – deyə qondarma qurumdan bildirilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*