Qardaş ölkədən Azərbaycana “Hədiyyə karvanı” – FOTObackend

Qardaş ölkədən Azərbaycana "Hədiyyə karvanı" - FOTO

Uşaq Oyunları Federasiyasının başqanı, Türkiyənin nüfuzlu iş adamı Mehmet Mutlunun həyata keçirdiyi “Hədiyyə karvanı” növbəti dəfə Azərbaycana doğru yola çıxıb.

KONKRET.az xəbər verir ki, Ankarda təntənəli yola salma mərasimi ilə minlərlə hədiyyə daşıyan TIR Tovuz rayonuna doğru kurs götürüb.

“Hədiyyə karvanı” mayın 31-i Azərbaycana çatacaq və iyunun 20-dək 16 bölgəmizi gəzib, şəhid və qazi ailələrinin uşaqlarını sevindirəcək.

“Hədiyyə karvanı” 1 iyunda Tovuzda açılış törəni ilə öz xeyirxah missiyasına başlayacaq. Açılış törənində Tovuzun deputatları Qənirə Paşayeva, Arzu Nağıyev, media və tanınmış ictimaiyyət nümayəndələri iştirak edəcəklər. O cümlədən iş adamı, bu layihənin müəllifi, Türkiyə prezidentinin dayısı oğlu Mehmet Mutlu da Tovuzdakı açılış törənində iştirak edəcək. Türkiyənin tanınmış elm və siyasət xadimləri də həmin gün Tovuzda olacaqlar.

“Hədiyyə karvanı” 2 iyunda Ağstafa və Gədəbəydə, 3 iyunda Gəncədə, 4 iyunda Goranboy və Naftalanda, 7 iyunda Bərdədə, 8 iyunda Tərtər və Ağdamda, 9 iyunda Ağcabədidə, 10 iyunda Füzulidə, 11 iyunda İmişlidə, 14 iyunda Kürdəmirdə, 15 iyunda Mingəçevirdə, 16 iyunda Şəkidə, 17 iyunda Balakəndə olacaq, iyunun 20-si isə İstanbula dönəcək.

Qeyd edək ki, şəhər və rayonlarımızı dolaşacaq “Hədiyyə karvanı” aksiyası YAŞAT Fondu ilə bərabər və onunla ortaq şəkildə həyata keçirilir. Layihənin rəsmi informasiya dəstəkçisi “Yeni Müsavat” Media Qrupudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*