Ankaranın bələdiyyə başqanı Mansur Yavaş Azərbaycana dəstəyini bildirib.
KONKRET.az xəbər verir ki, M.Yavaş bu barədə öz “Facebook” səhifəsində yazıb:
“Ermənistanın Azərbaycana qarşı mülki obyektləri hədəfə alan hücumlarını qətiyyətlə pisləyirəm.
Hücum nəticəsində həlak olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm.
Qardaş ölkəmiz Azərbaycanın haqlı davasında yanındayıq”.
