Qaribaşvili: “Zelenski ilə görüşmək üçün növbə yox idi”backend

Qaribaşvili: "Zelenski ilə görüşmək üçün növbə yox idi"

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Moldovada Avropa Siyasi Birliyinin sammiti zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə niyə görüşmədiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Tbilisidə keçirilən brifinqdə jurnalistlər Gürcüstanın baş nazirindən Zelenski ilə sammitdə niyə bir-birindən qaçdıqlarını soruşublar.

Gürcüstan hökumətinin başçısı bunda qəribə heç nə görmədiyini deyib. Qaribaşvili oraya gələn dövlət başçılarının çox kiçik bir hissəsinin Ukrayna lideri ilə görüşdüyünü deyib.

“45 ölkənin lideri orada idi, maksimum 5 və ya 10-u Ukrayna Prezidenti ilə görüşüb. Zelenski ilə əl sıxmaq üçün növbə yox idii” – deyə Qaribaşvili bildirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*