Qatar bileti üçün əlavə 25 sent ödədi, 22 il sonra faizlə geri aldıbackend

Qatar bileti üçün əlavə 25 sent ödədi, 22 il sonra faizlə geri aldı

Hindistanın Uttar-Pradeş əyalətində T. Çaturvedi adlı vəkildən 1999-cu ildə aldığı 2 qatar biletinə görə 25 sent əlavə pul tələb edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, vəkil məhkəməyə müraciət edib və uzun illər davam edən məhkəmə mübarizəsində qalib gəlib.

İşlə bağlı 100-dən çox dinləmə keçirilib.

Məhkəmə pulun vəkilə faizlə ödənilməsi haqqında qərar qəbul edib.

Qərara əsasən, dəmir yolu Çaturvediyə 188,40 dollar (15 min rupi) təzminat, həmçinin 25 sentin 22 illik faizini ödəyəcək.

Pulun önəmli olmadığını vurğulayan vəkil mübarizəsinin ədalət və korrupsiyaya qarşı olduğuna diqqət çəkib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*