Qayınana 22 yaşlı gəlininin meyitini tapdı: “Qapını sındırıb içəri girdim…”backend

Qayınana 22 yaşlı gəlininin meyitini tapdı: "Qapını sındırıb içəri girdim..."

Bakıda ölüm hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Lənkəran rayonu Mamusta kənd sakini, 1998-ci il təvəllüdlü Allahverdiyeva Aydan Oqtay qızı kirayə yaşadığı mənzilin hamamında dəm qazından boğulraq ölüb.

Hadisə yerinə baxış keçirilən zaman mərhum Aydan Allahverdiyevanın qayınanası Kəmalə Hacıyeva bildirib ki, oğlu Emin Hacıyev, gəlini Aydan Allahverdiyeva və 3 yaşlı nəvəsi ilə birlikdə H. Əliyev küçəsində kirayədə yaşayıb:

“Aydan duş qəbul etmək üçün hamam otağına gedib, təxminən 15 dəqiqədən sonra gəlinindən xəbər çıxmadığını görüb qapını döydüm. Ondan xəbər gəlmədikdə isə qapının kilidini qırıb içəri girdim. Bu zaman Aydanın artıq vəfat etdiyini gördüm”.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Mediapost

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*