backend

Qazax sakini minaya düşərək HƏLAK OLDU - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

22 sentyabr 2021-ci il tarixdə Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölüb.

KONKRET.az-a bu barədə Qazax rayon prokurorluğundan bildirilib.

Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

***

13:47
Qazax rayon Xanlıqlar kənd sakini, 1988-ci il təvəllüdlü Məmməd Mərdanov rayonun Bala cəfərli kəndində minaya düşərək ölüb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*