Qazaxda AİLƏ DAVASI: Dayısını boğazından bıçaqladıbackend

Qazaxda AİLƏ DAVASI: Dayısını boğazından bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Kənd sakini, 18 yaşlı Hümbət Məmmədov yaşadığı evdə dayısı, 1977-ci il təvəllüdlü Ramin Ömərovu bıçaqlayıb.

Boğazından və qolundan bıçaq xəsarətləri alan Ramin Ömərov xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Hümbət Məmmədov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.(lent.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*