Qazaxıstan politoloqun “növbəti problem” açıqlamasına Rusiyadan CAVAB TƏLƏB ETDİbackend

Qazaxıstan politoloqun “növbəti problem” açıqlamasına Rusiyadan CAVAB TƏLƏB ETDİ

Astana Rusiya hakimiyyətini Solovyovun verilişində politoloqun Qazaxıstanın Rusiya üçün “növbəti problem” olması ilə bağlı açıqlamasına cavab verməyə çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun qazax xidməti məlumat yayıb. Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko Rusiya hakimiyyətini “Rossiya 1” kanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişində Kremlpərəst ekspertin Qazaxıstanın Rusiyanın Ukraynadan sonra “növbəti probleminə” çevriləcəyi ilə bağlı açıqlamalarına cavab verməsini tələb edib.

Rusiyalı politoloq Dmitri Drobnitski efirdə “diqqət yetirin ki, növbəti problem Qazaxıstandır” deyib.

“Nasist prosesləri də orada başlaya bilər. Və orada çoxlu ruslar var və ərazi oradadır, Semipalatinsk də oradadır və bütün Rosatomumuzun nüvə yanacağı da oradadır”, – deyə Drobnitski bildirib.

“Hesab edirik ki, belə bəyanatlar birincisi, Rusiya Federasiyasının rəsmi mövqeyini əks etdirmir. İkincisi, Qazaxıstan və Rusiya arasında ənənəvi sıx münasibətlərə xələl gətirir. Üçüncüsü, federal kanallardan birində bu cür mövqelərin səsləndirilməsi yolverilməzdir. Rusiya Federasiyasının hakimiyyət orqanlarından müvafiq reaksiya gözləyiri”, – deyə Qazaxıstan xarici işlər nazirinin müavini Vasilenko bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*