Qazaxıstan Rusiyaya məxsus ali təhsil ocağının lisenziyasını dayandırdıbackend

Qazaxıstan Rusiyaya məxsus ali təhsil ocağının lisenziyasını dayandırdı

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu Qazaxıstan Təhsil və Elm Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Aktobe şəhərində Qazaxıstan-Rusiya Beynəlxalq Universitetinin lisenziyası dayandırılıb.

Dünən axşam yayılmış məlumatda deyilir ki, “bu qərarın qüvvəyə mindiyi gündən etibarən bir ay müddətində ali və ali məktəbdən sonrakı təhsil proqramlarının icrası üçün lisenziyanın dayandırılması ilə inzibati cərimə tətbiq edilməsi barədə qərar qəbul edildi”.

Noyabrın 5-də beynəlxalq universitetlə bağlı inzibati məhkəmə iclası keçirilib. “İnzibati xəta haqqında protokolun və inzibati işin materiallarının baxılması müddəti universitetin tələbi ilə iki dəfə uzadıldı. Təhsil və elm sahəsində keyfiyyət təminatı komitəsi sədrinin bu il 29 oktyabr tarixli qərarı ilə universitetin qanuni nümayəndəsinə işin yeri və vaxtı barədə lazımi qaydada məlumat verildi. Universitetin nümayəndəsi məhkəməyə çıxmadı, bununla əlaqədar işə hüquqi şəxsin nümayəndəsi olmadığı halda baxılması barədə qərar verildi”, – deyə Təhsil və Elm Nazirliyi əlavə edib.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Universitetə problemləri ortadan qaldırmaq üçün bir ay möhlət verilib. “Əgər qayda pozuntuları aradan qaldırılmasa, lisenziyanın ləğv olunması üçün materiallar məhkəməyə göndəriləcək”, – Qazaxıstan Təhsil və Elm Nazirliyi xəbərdarlıq edib.

Qazaxıstan-Rusiya Beynəlxalq Universiteti Aktobe şəhərində yerləşir, biznes, hüquq, humanitar və pedoqoji sahələrdə mütəxəssislər, hazırlayır. Fevralın 23-də universitet 25 illik yubileyini qeyd etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*