Qazaxıstanda çay getdikcə bahalaşırbackend

Qazaxıstanda çay getdikcə bahalaşır

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanda çay və qəhvə istehsalı ildə 8% azalıb. Dekabr ayının nəticələrinə görə qazaxlılar orta hesabla hər kiloqram çay üçün 3.1 min təngə ($ 8.17) veriblər – bu, bir il əvvələ nisbətən 7.1% çoxdur.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, sektorda istehsal ilbəil azalır və ötən il mənfi tendensiyanı geri qaytara bilməyib.

Növbəti 10 il ərzində qlobal qara çay istehsalının hər il 2,2%, yaşıl çayın 7,5% artacağı gözlənilir. Bu gün Keniya çayın ən böyük ixracatçısıdır.

Qazaxıstanda çay və qəhvə idxalı 11 ayda cəmi 0,2% artıb. Eyni zamanda, idxalçılar tələbatın dörddə üç hissəsini ödəyirlər. Maraqlıdır ki, daxili istehlak (daxili satış) ildə 1.4% azalıb.

Ölkədə çay idxalı, əksinə 0,1% artaraq 27,9 min tona çatıb.

Qeyd edək ki, Qazaxıstanda çayın əsas tədarükçüləri Keniya, Hindistan və Rusiyadır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*