Qazaxıstanda dəyişiklik – Fevralın 1-dən dollar alanların adı qeydiyyata alınacaqbackend

Qazaxıstanda dəyişiklik - Fevralın 1-dən dollar alanların adı qeydiyyata alınacaq

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstan Milli Bankı ölkədə nağd xarici valyuta ilə mübadilə əməliyyatlarının təşkili qaydalarına edilən dəyişikliklərə münasibət bildirib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, fevralın 1-dən etibarən mübadilə məntəqələri 9.00-dan 20.00-dək açıq olacaq. İş qrafikinin dəyişdirilməsi mübadilə məntəqələrinin və müştərilərin təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə xidmət edir. Bu tədbir həm də axşam və gecə nağd xarici valyutanın satışının qaydaya salınmasına xidmət edəcək.

“Mübadilə məntəqələri (o cümlədən avtomatlaşdırılmış mübadilə məntəqələri) vasitəsilə aparılan mübadilə əməliyyatları üçün məbləğ 500.000 təngədən (1323 ABŞ dolları) çox olduqda qeyd jurnalında aşağıdakı məlumatlar qeyd olunmalıdır: müştərinin şəxsiyyətini təsdiq edən sənədin məlumatları, sənədin növü, buraxılış tarixi, sənəd nömrəsi, istifadə müddəti; müştərinin fərdi identifikasiya nömrəsi; müştərinin hüquqi ünvanı.

“Dövlət sərhədindən hava limanları, dəmir yolu stansiyaları və avtomobil keçid məntəqələri vasitəsi ilə respublikaya girən-çıxan insanların rahatlığı üçün mübadilə məntəqələrinin iş saatları məhdudlaşmayacaq – mübadilə məntəqələri gecə-gündüz işləyəcək, birinci kateqoriyalı böyük ticarət mərkəzlərində isə iş saatı 22.00-dək olacaq”.

Qeyd edək ki, əməliyyat rejimindəki dəyişiklik nağd xarici valyuta ilə əməliyyatları, məzənnə və yayılmanı məhdudlaşdırmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*