Qazaxıstanda internet yenidən bağlandıbackend

Qazaxıstanda internet yenidən bağlandı

Qazaxıstanda bəzi bölgələrdə davam edən iğtişaşlar fonunda internetə giriş yenidən bağlanıb.

KONKRET.az-ın məlumatına görə, bu barədə “Globalcheck” internet servisi bildirir.

Qeyd olunur ki, ölkədə internet yeddi saat işləyib.

Səhər saatlarında ölkədə internet rabitəsinin bərpa olunduğu bildirilirdi.

Qazaxıstanın rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri vəzifələrini icra edən Baqdat Musin bildirib ki, davam edən antiterror əməliyyatları ilə əlaqədar internetə giriş məhdudlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*