
Qazaxıstan ölüm cəzasının ləğv edilməsinə yönəlmiş mülki və siyasi hüquqlara dair beynəlxalq protokola qatılıb.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, müvafiq sənəd Qazaxıstanın BMT-dəki daimi nümayəndəsi Kayrat Umarov tərəfindən imzalanıb.
Ölkənin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu qərarı bir gün əvvəl Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev BMT Baş Assambleyasının 75-ci ildönümü sessiyasının ümumi siyasi debatındakı çıxışında elan edib. Qazaxıstanın insan ləyaqətinin təməl hüququnu qorumağa sadiq olduğunu vurğulayıb.
Bu gün BMT-yə üzv olan 193 dövlətdən 88-i, ölüm hökmünün ləğv edilməsinə yönəlmiş Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktının İkinci Protokolunun tərəfdarıdır.
Sənədə görə, imzalayan ölkələr bir öhdəlik götürürlər: ölüm hökmünü tətbiq etməmək və öz səlahiyyətləri daxilində ölüm cəzasının ləğvi üçün bütün lazımi tədbirləri görmək. Yalnız istisna müharibə dövründə edam cəzasının tətbiqi qanuni bir maddəyə aiddir.
Hazırda Qazaxıstanda barəsində ölüm hökmü çıxarılan 1 nəfər var. “Almatı atıcısı” olaraq tanınan Ruslan Kulekbayev 2016-cı ildə 10 nəfəri güllələyərək öldürmüşdü.