Qazaxıstanda tanınmış azərbaycanlı iş adamı dünyasını dəyişdi – FOTObackend

Qazaxıstanda tanınmış azərbaycanlı iş adamı dünyasını dəyişdi - FOTO

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanın Türküstan vilayətində yaşayan həmyerlimiz Bəyoğlan Güloğlan oğlu Fərzəliyev dünyasını dəyişib.

KONKRET.azın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, tanınmış azərbaycanlı ürək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, Bəyoğlan Fərzəliyev ən yaxşı aşpazlardan biri sayılıb. Deyilənə görə, onun hazırladığı Azərbaycan xörəklərinə Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev özü belə dəfələrlə qonaq olub.

O, həmçinin kafe, istirahət evi və mehmanxana sahibi kimi də tanınırmış.

Mərhum uzun illər yaşadığı şəhərdə dəfn edilib.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*