Qazaxıstanda təyyarə qəzaya uğradıbackend

Qazaxıstanda təyyarə qəzaya uğradı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanın Almatı şəhəri yaxınlığında – Balxaş gölünün cənubunda “Cessna 182” tipli kiçik motorlu təyyarə havaya qalxarkən qəzaya uğrayıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə ölkənin Sənaye və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təyyarə xüsusi reys yerinə yetirirmiş.

Hadisə nəticəsində ölən vəyaralanan olmayıb. Təyyarə isə tamamilə yararsız hala düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*