backend

Qazaxıstanda yenilik: Miqrasiya polisində qeydiyyat ləğv ediləcək

Prezident əcnəbilərin miqrasiya polisində qeydiyyatının ləğv edilməsini tapşırıb. Hökumət bu məsələni yeni ildən əvvəl həll etməlidir. Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev hesab edir ki, ölkədə sərmayə və turizm cəlbediciliyini gücləndirmək üçün əcnəbilərin miqrasiya polisində məcburi qeydiyyatı ləğv olunmalıdır. KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, ölkə başçısı Almatıda görüşü zamanı bildirib ki, “bu anarxizmdən ən qısa müddətdə qurtulmaq lazımdır. Xarici qonaqlar üçün yaranan narahatlıqla yanaşı, məcburi qeydiyyat ölkənin və Almatı şəhərinin nüfuzuna mənfi təsir göstərən korrupsiya mənbəyidir.

Xarici qonaqların sərhəd nəzarətindən keçməsinin əsası miqrasiya qeydiyyatıdır. Bəs onda haqqında bu qədər danışdığımız rəqəmsallaşdırma nə üçün idi?” Prezidenti əlavə edib ki, hökumət yeni ilədək məsələni həll etməlidir. Daxili İşlər Naziri prezidentə buna hazır olduqlarını bildirib. İndi Qazaxıstana gələn xarici vətəndaşlar (müəyyən kateqoriyalar istisna olmaqla) sərhədi keçdikdən sonra beş gün ərzində daxili işlər orqanlarında qeydiyyatdan keçməlidirlər.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*