Qazaxıstanın Cambul vilayətinin polis rəisi intihar etdi – FOTObackend

Qazaxıstanın Cambul vilayətinin polis rəisi intihar etdi - FOTO

Qazaxıstanın Cambul vilayətinin Polis departamentinin  rəisi, general Janat Süleymanov intihar edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, onun meyiti Taraz şəhərində aşkar edilib. Hadisə ilə bağlı cinayət işi açılıb və araşdırma aparılır.

Məlumata görə, Tarazdakı iğtişaşlardan sonra Janat Süleymanova qarşı cinayət işi açılmışdı. 

Покончил с собой начальник ДП Жамбылской области | BaigeNews.kz

Qeyd edək ki, o 22 iyul 1962-ci ildə Karaqanda vilayətinin Nurinski rayonunda anadan olub. Daxili işlər orqanlarında xidmətə 1980-ci ildən başlayıb. 2020-ci ilin fevral ayından bugünədək Cambul vilayətinin Polis departamentinin rəisi işləyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*