Qəbələdə vətəndaşlarda odlu silah aşkarlandıbackend

Qəbələdə vətəndaşlarda odlu silah aşkarlandı

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, mülki silahın daşınması və saxlanılması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayon sakinlərindən müvafiq sənədləri olmayan 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

 

Keçirilən digər tədbirlər nəticəsində isə rayon ərazisində mülki ov silahının daşınması qaydalarını pozan 2 nəfər də müəyyən edilib.

Aşkar edilən faktlarla bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*