Qəbul imtahanı keçirildi – 10 nəfərdə telefon aşkarlandıbackend

Qəbul imtahanı keçirildi - 10 nəfərdə telefon aşkarlandı

Bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.

Bu barədə KONKRET.az-a DİM-dən məlumat verilib.

 

İmtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmazda təşkil olunub.

İlkin məlumatlara əsasən, 10 nəfərdə mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar. Bundan əlavə, 1 nəzarətçi-müəllimdə “ağıllı” saat aşkar edildiyi üçün imtahandan xaric edilib. Hazırda baş verən hallar araşdırılır.

İmtahanda 51690 abituriyentin iştirakı nəzərdə tutulurdu.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*