ABŞ prezidenti Donald Tramp oğlanları ilə birlikdə getdiyi qəfəs döyüşündə yenə sevilməyən şəxs olub.
KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, döyüş idman növü ilə yaxından maraqlanan Tramp bu dəfə UFC-nin 244-cü finalını izləməyə gedib.
Xorxe Masvidal və Neyt Dias arasında keçirilən filan qarşılaşmasına Tramp oğlanları Don Jr və Erik ilə birlikdə azarkeşlik edib. Lakin ABŞ prezidenti salonun girişində etirazlarla qarşlaşıb. Belə ki, Tramp salona girər-girməz orda əyləşənlər bir ağızdan “yuuh” edərək etirazlarını bildirməyə başlayıblar. Prezident isə etirazlara əhəmiyyət vermədən tribunadakıları salamlamaqda davam edib.
Daha sonra şəxsi “Twitter” hesabından finalla bağlı açıqlama verən Tramp hər şeyin yaxşı olduğunu paylaşıb.
Qeyd edək ki, Tramp 2007-ci ildə rinqə çıxaraq tamaşaçıları salamlayıb.
KONKRET.AZ sözügedən görüntüləri təqdim edir:






Hazırladı: Firuzə ALİMOVA