Yevlaxda 3 yaşlı uşaq dünyasını dəyişib.
KONKRET.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Yevlax şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, qəfil halı pisləşən 2020-ci il təvəllüdlü şəhər sakini Mahir Kərimov doğmaları tərəfindın ağır durumda xəstəxanaya çatdırılıb.
Dərhal xəstəxanaya yerləşdirilən azyaşlının həyatını həkimlərin bütün cəhdlərinə rəğmən xilas etmək mümkün olmayıb.
Əldə edilən ilkin məlumata görə, uşaq tənəffüs çatışmazlığından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov,
KONKRET.az
