“Qərb Kiyevin sülh danışıqlarına başlamaması üçün hər şeyi edir” – ƏTRAFLIbackend

“Qərb Kiyevin sülh danışıqlarına başlamaması üçün hər şeyi edir” - ƏTRAFLI

“Qərb Kiyevin sülh danışıqlarına başlamaması üçün hər şeyi edir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın ATƏT-dəki nümayəndə heyətinin açıqlamasında deyilir.

Belə ki, Vyanada keçirilən hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin müşaviri Yuliya Jdanova deyib: “Qərb ölkələri Kiyevin sülh prosesinə başlamasının qarşısını almaq üçün hər cür səy göstərir”.

Rusiya nümayəndə heyəti Qərb ölkələrini həqiqətən nə istədikləri barədə qərar verməyə çağırıb: “Danışıqlar, yoxsa Ukrayna üçün “qələbə” – açıqlamada qeyd olunub.

“Hələ ki, onlar Kiyevin sülh prosesinə başlamasının qarşısını almaq üçün hər şeyi edirlər. Şəhərləri bombalamaq və dinc sakinləri məhv etmək üçün istifadə edilən Qərb silahları ilə Ukraynanı vururlar”, – Rusiya Xarici İşlər Nazirliyinin bəyanatda deyilib.

Xatırladaq ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell Ukrayna böhranının hərbi yolla həllinin tərəfdarı olduğunu açıqlayıb. O, Aİ-nin Ukrayna böhranını “döyüş meydanında” həll etmək istədiyini bir daha diqqətə çatdırıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*