“Qərb Paşinyandan bu ilin sonuna qədər sülh sazişi imzalamasını TƏLƏB EDİR” – Erməni mediasıbackend

"Qərb Paşinyandan bu ilin sonuna qədər sülh sazişi imzalamasını TƏLƏB EDİR" - Erməni mediası

Qərb Paşinyandan bu ilin sonuna qədər sülh sazişi imzalamasını tələb edir.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, kollektiv Qərb Ermənistanın Baş naziri Nikol Paşinyanın bu ilin sonuna qədər sülh sazişi imzalamasını tələb edir.

“Mənbəmizin sözlərinə görə, bu məsələ oktyabrın 6-da Praqada bağlı qapılar arxasında müzakirə olunub. Azərbaycan Prezidenti İlham Əliyevin sazişin imzalanmasını noyabrın 9-da təklif etdiyi barədə məlumat var.

İki il əvvəl, eyni gündə təslim olmaq haqqında bəyanat imzalandı. İndi o, qələbəsini təkrarlamaq istəyir.

Paşinyan buna etiraz edərək bildirib ki, bu günün erməni xalqı üçün pis simvolik mənası var. İnsanlar güman edə bilər ki, sülh müqaviləsi bizim üçün ikinci kapitulyasiyadır.

Nikol Paşinyan Azərbaycan ordusunun Ermənistanın “ərazisi”ndən çıxarılması məsələsini qaldıraraq, qoşunlar çıxarılmayana qədər sazişi imzalamayacağını bildirib. Azərbaycan Meğridən dəhliz almaq istəyir. Hətta hakimiyyət orqanları da yeni eskalasiya riskini istisna etmir”, – qəzet qeyd edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*