Qərb Rusiyaya diplomatik müharibə elan etdi – Rusiyanı bu ölkələr müdafiə edir – SİYAHIbackend

Qərb Rusiyaya diplomatik müharibə elan etdi - Rusiyanı bu ölkələr müdafiə edir - SİYAHI

Latın Amerikasında bir sıra ölkələr Rusiyaya qarşı çıxmaq istəməyib.

KONKRET.az xəbər verir ki, Qərb ölkələri bütün cəbhələrdə diplomatik hücumlar həyata keçirir. Fevralın 25-də onlar Rusiyanın hərəkətlərini Amerika Dövlətləri Təşkilatı (ADT) səviyyəsində pisləməyə çalışıblar. Ancaq orada da hər şey qaydasında getməyib.

Bəyanatı 20-dən çox ölkə, o cümlədən ABŞ, Kanada, Çili, Kolumbiya, Peru, Meksika və Ekvador imzalayıb. Ancaq bunu etməkdən imtina edən bir çox ölkələr olub. İmzalayanların siyahısına Latın Amerikasının ən böyük iqtisadiyyatları – Braziliya və Argentina daxil deyil. “Ölkələr münaqişənin təşkilatın səlahiyyətinə aid olmadığına inanırlar”, – Argentina  nəşri olan La Nacion bildirib.

Argentina Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi belə düşünmədiyini bildirib. Bundan başqa, Rusiyaya ənənəvi dost olan Boliviya, Salvador və Uruqvay da qətnaməni imzalamayıb. Kuba, Venesuela və Nikaraqua Rusiyanın Donbassdakı hərəkətlərini dəstəkləyir. Venesuela prezidenti Nikolas Maduro Qərb mediasında Rusiyaya qarşı aparılan informasiya müharibəsini şərh edib: “Amerika və Avropa müstəmləkəçiliyi Rusiyaya hücum etmək istəyir”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*