Qərb Ukraynaya min tondan çox silah və 1,5 milyard dollar pul verib – Dmitri Kulebabackend

Qərb Ukraynaya min tondan çox silah və 1,5 milyard dollar pul verib - Dmitri Kuleba

“Qərbin rəsmi Kiyevə rekord həcmdə dəstəyi siyasi əhəmiyyət kəsb edir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ötən müddət ərzində Qərb tərəfdaşları Kiyevə 1,5 milyard dollar pul və  min tondan çox silah verib. Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat verib:

“Bu gün Ukrayna həm siyasi, həm də təhlükəsizlik yardımı, eləcə də iqtisadi dəstək alır. Rekord səviyyədə dəstək siyasi əhəmiyyət kəsb edir. Bütün bunlar  Ukraynanın danışıqlar masası arxasındakı mövqeyini gücləndirir” – deyə Kuleba vurğulayıb.

Qeyd edək ki, 2014-cü ildən ABŞ başda olmaqla NATO ölkələri Ukraynaya silah-sursat verir. Amerikalılardan başqa, Böyük Britaniya, Kanada, Fransa, Polşa, Türkiyə, Litva, Çexiya, Bolqarıstan, Rumıniya və Estoniya da milyardlarla dollarlıq tədarüklərdə iştirak edir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*