Qərbin “İŞİD əməliyyatı” başladı – Kürdlərin həbsxanalarından qaçırlarbackend

Qərbin "İŞİD əməliyyatı" başladı – Kürdlərin həbsxanalarından qaçırlar

Türkiyənin oktyabrın 9-da Suriyanın şimal-şərqində başlatdığı “Barış Bulağı əməliyyatı” 4-cü günündədir.

KONKRET.AZ xəbər verir ki, əməliyyatın bütün gedişatı İngiltərə mediasında geniş yer alıb.

“Financial Times” qəzetində dərc edilən xəbərə görə, İŞİD-çilərin saxlanıldığı həbsxanalardan və təhlükəsizliyinin təmin edildiyi düşərgələrdən qaçdığı xəbərləri yayılmağa başlanıb. Hətta İŞİD-çi məhbusların dünən axşam qaçdığı iddia edilib.

Dərc edilən xəbərdə dünən Qamışlıdakı Navkur həbsxanasından 5 İŞİD-çinin qaçdığı bildirilsə də, amma məlumatın müstəqil mənbələr tərəfindən təsdiqinin tapmaması diqqət çəkib. Bundan başqa, Qamışlıda bombalı maşınla edilən hücumun İŞİD tərəfindən gerçəkləşdirildiyi qeyd edilib.

“Times” bölgənin cənub-şərqində el-Hol düşərgəsində 70 minə qədər İŞİD-çinin yaşadığını bildirib. Artıq həmin ərazilərdə etiraz və qiyamların başlandığı, dünən axşamdan qaçmağa cəhd edən İŞİD-çilərin qarşısının alındığı deyilir.  İngiltərə mediası məlumatların mənbəyini PYD-nin Suriya Demokratik Qüvvələrinə istinadla dərc edib.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*