“Qərbin növbəti hədəfi Çin olacaq” – Lavrovdan KRİTİK AÇIQLAMAbackend

“Qərbin növbəti hədəfi Çin olacaq” – Lavrovdan KRİTİK AÇIQLAMA

“ABŞ-ın düşmənləri siyahısında Rusiyadan sonra Çindir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın XİN rəhbəri Sergey Lavrov bildirib.

O, Qərbin növbəti hədəfinin Çin olacağını açıqlayıb:

“NATO öz düşmənlərini ardıcıl olaraq təyin edir. Rusiya bir nömrədir. Çin ikinci yerdədir”, baş diplomat vurğulayıb.

Lavrov əlavə edib ki, Qərb kimisə cəzalandırmaq qərarına gəlsə, bu zaman bütün prinsiplər pozula bilər.

Xatırladaq ki, Çinin ABŞ-dakı səfiri Qin Qanq bildirib ki, rəsmi Pekinlə Vaşinqton arasındakı münasibətlərdə  Donald Trampın vaxtından mövcud olan  çətinliklər hələ də aradan qaldırılmayıb. Lakin Pekin hazırkı Amerika administrasiyasının müsbət siqnallarının konkret addımlara çevriləcəyinə ümid edir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*