QƏRBİN PLANI: Anakonda əməliyyatı ilə Rusiyanı mühasirəyə almaq istəyirlər – FOTObackend

QƏRBİN PLANI: Anakonda əməliyyatı ilə Rusiyanı mühasirəyə almaq istəyirlər - FOTO

Qərbin Rusiyanı mühasirəyə almaq istəyi rəsmi Moskvanın bəyanatlarında da hiss olunmaqdadır. Bir şey ki, Kreml NATO-nun rus sərhədlərinə yaxınlaşmasına mane olmaq üçün III Dünya savaşına da razıdır.

KONKRET.az xəbər verir ki, “anakonda döngəsi” adlanan plan ABŞ-ın geosiyasi strategiyasıdır. Amerikalılar bu yolla Rusiya ətrafında düşmən ölkələr kəməri formalaşdırmaq niyyətindədirlər.

Düzü, Rusiya da postsovet ölkələrinə qarşı imperialist siyasəti ilə bu istiqamətdə Qərbə kömək edir.

Anakonda planı

Bu plan ilk dəfə general Uinfild Skot tərəfindən 1861-1865-ci illərdə Amerikadakı vətəndaş müharibəsi zamanı tətbiq olunub. Həmin vaxt ABŞ sənayə şimalı və quldarlıq cənubuna bölünürdü. Məqsəd cənub ştatlarını şimala tabe etmək olub. Planın əsasını dənizdən mühasirə təşkil edirdi. Bununla cənub ştatlarını blokadaya alan şimal qalib gəldi. Dənizdən mühasirə anakonda ilanın dönüşünü xatırladırdı.

Bu plan antirus politoloq Zibqnev Bjezinskinin sayəsində yenidən aktuallaşıb və ekspert “anakonda”nı Rusiyaya qarşı istifadə etməyi təklif edib. Rusiyanın bu formada zəiflədilməsi Bjezinskinin “Böyük şahmat taxtası” kitabında da yer alıb. Zbiqnev Rusiya sərhədindəki ölkələri Kremlə ilə düşmən etməklə Rusiyanın anakonda boğuşu ilə süqutunu təsvir edib. Amerika xüsusi xidmət orqanları hazırda bunu tətbiq etməkdədir:

1. Dənizlərarası konfederasiya;

Məqsəd Rusiya ilə tarixi düşmən olan Polşa sərhədlərinin Qara dənizə qədər uzadılmasıdır. Hazırda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Avropa İttifaqının parçalanması və Şərqi Avropa ölkələrinin birlikdən çıxmasına çalışır. Rusiya Ukraynada məğlub olsa, Belarus, Baktikyanı ölkələr, Moldova, Rumıniya və Bolqarıstan “Dənizlərarası” adlı yeni hərbi-siyasi, iqtisadi ittifaqa daxil olacaq. Nəticədə Qərbi Avropa ilə Rusiya arasındakı bağ kəsiləcək. Həmsərhəd ölkələr isə düşmən olacaq.

2. Böyük Turan;

Hazırda türk dövlətləri arasında əlaqələr möhkəmlənməkdədir. Tarixi proseslər türkləri dünyanın bir-birindən ən çox ayrı düşmüş xalqına çevirib. Ona görə də Ankaranın əsas hədəfi yaranmış vəziyyəti dəyişməkdir. Rusların fikrincə, Böyük Turan konfederasiyasının yaradılması anqlosakslara sərf edir. Onlar türk birliyini Zbiqnevin anakonda strategiyasına uyğun sayırlar. Türkiyə NATO üzvü olduğu üçün Turan konfederasiyasına daxil olan ölkələrin də alyansa qoşulması labüdləşir. Nəticədə Rusiya Qərbdən olduğu kimi cənubdan da bloklanacaq.

• Astanada keçirilən Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Asiya Sammitində iştirakçılara “Turan” suyu verilib. Putin sudan imtina edib.

Beləliklə, Rusiya Şərqi Avropa ölkələri tərəfindən blokadaya alınmaqdadır. Türk Dövlətləri Təşkilatı, Turan iqtisadi zonası, Turan ordusu, yekunda Turan konfederasiyasının yaranması rus işğalçılarının cənubunu da dondura bilər. Zbiqnevdən qorxan putinçilərin fikrincə, bununla Rusiya anakonda mühasirəsinə düşəcək.

Qeyd: Anakondanı deyə bilmərəm, amma 2-3 əsrdir boz qurdu əsir saxlayan ruslar elə türklərə möhtac qalıblar. Rusun qazı da türkdən keçir, çörəyi də türkdən gəlir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*