Qətər hakimiyyəti iranlı pilotların taleyini araşdırmaq üçün yaradılmış mütəxəssis qrupunun ölkəyə girişinə qadağa qoyub.
KONKRET.az Teleqraf-a istinadən verir ki, SEPAH rəsmisi iranlı mütəxəssislərin aylardır Qətərə daxil olmaq üçün icazə gözlədiyini bildirib.
“Qətər iranlı pilotların saxlanılması barədə məlumatları təkzib etmək əvəzinə, ekspertlər qrupunun ölkəyə girişinə icazə verməlidir”, — deyə SEPAH nümayəndəsi vurğulayıb.
Qeyd edək ki, avqustun 15-də İran Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Məhəmməd Baqirzadə mart ayında qəzaya uğrayan “Su-24” təyyarələrinin 3 iranlı pilotunun Qətər hərbçiləri tərəfindən əsir götürüldüyünü bildirib.
Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari isə iranlı pilotların əsir götürülməsi barədə iddiaları qətiyyətlə təkzib edərək, ölkənin hava məkanını pozan təyyarələrə qarşı beynəlxalq hüquqa uyğun tədbirlərin görüldüyünü açıqlayıb.
