Hazırda bir çox insan bu və ya digər səbəbdən meydana gələn qan çatışmazlığı üzündən ölür. Çox vaxt həkimlər qan itkisini doldurmaq üçün donor tapmırlar. Xüsusən də qan qruplarını tapmaq lap çətindir.
KONKRET.AZ xəbər verir ki, bu yaxınlarda Yaponiyanın Hərbi Akademiyasının tibb fakültəsinin alimləri süni qan yaradıblar. Maraqlıdır ki, alınan qan kütləsi istənilən qan növünü əvəz edə bilər. Normal temperatur şəraitində onu bir il istifadə etmək olar.
Tədqiqatçılar yeni qanı dovşanlar üzərində araşdırıblar və təcrübələr uğurlu alınıb. Ümumilikdə qan itirməsindən zədələnən 10 heyvan təcrübəyə cəlb olunub.
Onlardan altısı qan köçürülməsi nəticəsində sağ qalıb. Bundan sonra sağ qalan dovşanların sağlamlığında heç bir kənarlaşma müşahidə olunmayıb. Hazırda alimlər artıq ağır xəstələr üzərində aparılacaq sınaqlara hazırlaşırlar.
