Qırğızıstanın Çu bölgəsinin Jayıl rayonunda yerli inspektor qeyri-adi bir xüsusiyyəti ilə fərqlənən adi ölçüdən çox böyük canavar vurub. KONKRET.az-ın Orta Asiya ölkələri bürosu xəbər verir ki, Kuban Umetəliyev dərələr, dağ yarıqları və dərin yarğanlardan ibarət dağlıq bölgə olan Çon-Kainda boz yırtıcını güllə ilə öldürüb. “Bu dərədə çobanlar tərəfindən atılmış ölü bir buzov qoymuşdum. Canavarların heyvanın üstünə gəlməsinə başladıqlarını gördüm. Yaxınlıqda pusqu qurub gözlədim. Deməliyəm ki, soyuq havalarda canavarlar insanlara yaxınlaşmağa cəsarət edirlər, hətta hücum edib qarşısındakını parçalaya da bilər”.

Böyük ov mütəxəssisi Serqey Qarşin canavarın cəsədinin quruluşuna diqqət çəkib. “Qeyri-adi fiziki görkəmi var. Bu canavarın nisbətən qısa ayaqları və çox böyük bir başı var. Bu, yəqin ki, bəzi mutasiyaların nəticəsidir, baxmayaraq ki, bu həqiqət daha diqqətli araşdırma tələb edir”.
Ovçu qeyd edib ki, Jayıl bölgəsində hər il ən azı üç yüz canavar vurulur və bununla da yüzlərlə mal-qara və xırdabuynuzlu heyvan qorunur.

