Qırğızıstan prezidenti ABŞ-a SƏSLƏNDİ: “Bizim işimizə qarışmayın!”backend

Qırğızıstan prezidenti ABŞ-a SƏSLƏNDİ: “Bizim işimizə qarışmayın!”

Qırğızıstan prezidenti Sadır Japarov ABŞ dövlət katibi Antoni Blinkenə cavab məktubunda Vaşinqtonu və digər ölkələrin hökumətlərini respublikanın daxili işlərinə qarışmamağa çağırıb.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, sənədi dövlət başçısının mətbuat katibi Əsqət Alagözov yayıb.

Qeyd edək ki, Blinken Qırğızıstan parlamentinin “Qeyri-kommersiya təşkilatları haqqında” qanuna dəyişikliklərə baxmasından narahatlığını ifadə edib. Nəzərdə tutulan dəyişiklikdən sonra bu cür təşkilatlar siyasi fəaliyyətlə məşğul olduqda və xaricdən maliyyələşdikdə xarici nümayəndə statusu almalı və xüsusi reyestrdə qeydiyyatdan keçməlidirlər.

Japarov məktubda Bişkekin bərabərhüquqlu əməkdaşlığın tərəfdarı olduğunu və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə birgə işləməyə hazır olduğunu vurğulayıb. “Mənim tək xahişim odur ki, ölkəmizin daxili işlərinə qarışmayasınız”, – deyə o, Blinkenə cavab verib.

Japarov təəssüflə bildirib ki, ABŞ dövlət katibinin Qırğızıstanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı obyektiv fikirləri yoxdur.

Prezidentin sözlərinə görə, respublikada xarici dövlətlər tərəfindən maliyyələşdirilən qeyri-kommersiya təşkilatlarından ibarət kiçik “çox səs-küylü qrup”, eləcə də onların ayrı-ayrı nümayəndələri öz “çətinlikləri” və “təqibləri” barədə spekulyasiya edirlər. Onlar tez-tez insanlar arasında “yalan, etibarsız məlumatlar yayırlar ki, bu da zərərçəkmişlərin və ya böhtan atılanların tələbi ilə məhkəmə çəkişmələrinə səbəb olur”.

“Bununla əlaqədar, mən təklif edirəm ki, ən azı son on ildə ABŞ dövlət təşkilatları tərəfindən maliyyələşdirilən qeyri-hökumət və qeyri-kommersiya təşkilatları tərəfindən vəsaitlərin istifadəsi ilə bağlı audit aparılsın”, – deyə Japarov dövlət katibinə yazıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*