Qırğızıstan Qazaxıstana nota verdi – VİDEObackend

Qırğızıstan Qazaxıstana nota verdi - VİDEO

Qırğızıstan rəsmiləri Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən terrorçuluqda şübhəli bilinən Qırğızıstan vətəndaşının saxlanılması ilə bağlı bu ölkəyə nota göndərib.

KONKRET.az xəbər verir ki, bu barədə Bişkekdə jurnalistlərə Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev məlumat verib.

“Biz Qazaxıstana nota vermişik və bu işlə bağlı bütün məlumatları göndərmişik”, – deyə o bildirib.

Hazırda təxminən 20 nəfərə yaxın Bişkek sakini ölkədəki Qazaxıstan səfirliyinin önündə etiraz aksiyası keçirir. Onlar Qazaxıstanda saxlanılan qırğız musiqiçi Vikram Ruzaxunovun sərbəst buraxılmasını tələb edirlər.

Qırğızıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan və iğtişaşlarda iştirakda ittiham olunan Ruzaxunov tez-tez Alma-Atada qastrol səfərində olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*