Qırğızıstan-Tacikistan sərhədində atışma: Yaralananlar varbackend

Qırğızıstan-Tacikistan sərhədində atışma: Yaralananlar var 

Qırğızıstan-Tacikistan dövlət sərhədi boyunca silahlı toqquşmalar baş verir.

KONKRET.azKommersant”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidməti məlumat yayıb.

Bildirilib ki, baş verən toqquşmalar nəticəsində dörd qırğız hərbçisi yaralanıb.

“Tacikistan tərəfi Batken vilayətinin Leylek rayonunun Kulundu, Maksat və Jany-Jer ərazilərini atəşə tutmağa başlayıb. Qırğızıstan sərhədçiləri cavab atəşi açıb. Sərhəddə yerləşən Batken rayonunun kəndlərindən sakinlər təxliyə edilir”, – sərhəd xidmətindən bildirilib.

Qırğızıstan Tacikistanı razılaşmaları pozmaqda ittiham edib:

“Bütün bunlar onu göstərir ki, Tacikistan hakimiyyəti vəziyyətə nəzarət etmək iqtidarında deyil. Onlar həm insan tələfatına, həm də hər iki ölkənin mülki infrastrukturuna ziyan vuran silahlı toqquşmaların genişlənməsinə töhfə verirlər”.

Digər tərəfdən, Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsi münaqişəni Qırğızıstan sərhədçiləri tərəfindən törədildiyini iddia edir:

“Saat 4:50-də Qırğızıstanın Batken sərhəd dəstəsinin Koktosh sərhəd zastavasının sərhədçiləri razılaşmanı pozaraq, İsfara sərhəd dəstəsinin Düşənbə sərhəd zastavasını ağır silahlardan atəşə tutublar”.

Komitənin məlumatına görə, 10-a yaxın yaşayış məntəqəsi Qırğızıstan sərhədçiləri tərəfindən vurulub.

Qeyd edək ki, Qırğızıstan və Tacikistan sərhədində vəziyyət sentyabrın 14-də gərginləşib. Baş verən atışmalar nəticəsində iki tacik hərbçisi həlak olub, hər iki tərəfdən bir neçə nəfər yaralanıb. İki ölkə arasında mütəmadi olaraq münaqişələrin yaranmasına səbəb sərhədlərin müəyyən edilməməsidir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*