Qırğızıstan-Tacikistan sərhədində baş verən qarşıdurmalarda xəsarət alanların sayı 100-ü ötdübackend

Qırğızıstan-Tacikistan sərhədində baş verən qarşıdurmalarda xəsarət alanların sayı 100-ü ötdü  

Qırğızıstan-Tacikistan sərhədində baş verən qarşıdurmalarda yaralananların sayı 100 nəfəri keçib.

KONKRET.az  “İnterfax“a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyindən bildirilib.

“Sentyabrın 17-si saat 09:00-a olan məlumata görə, səhiyyə müəssisələrinə daxil olan xəsarət alanların sayı 103 nəfər təşkil edib, onlardan 5-i ambulator müalicəyə göndərilib”, – məlumatda deyilir.

Nazirlik əlavə edib ki, xəsarət alanların bədəninin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları var.

Qeyd edək ki, Qırğızıstan-Tacikistan sərhədində silahlı qarşıdurma sentyabrın 14-də başlayıb. Bildirilib ki, Qırğızıstanın eyniadlı rayonunun Batken vilayətində iki ölkənin hərbi qulluqçuları arasında atışma olub.

Qırğızıstanın sərhəd xidmətinin məlumatına görə, cümə günü saat 06:00-da Tacikistan tərəfi sərhəd dəstələrini tanklar, zirehli transportyorlar, piyadaların döyüş maşınları, minaatanlardan, həmçinin çoxsaylı reaktiv yaylım atəş sistemlərindən atəşə tutmağa başlayıb.

Qırğızıstan Səhiyyə Nazirliyi silahlı toqquşmalar nəticəsində 24 nəfərin həlak olduğunu açıqlayıb. Respublika Fövqəladə Hallar Nazirliyi isə 136 mindən çox vətəndaşın münaqişə zonasından təxliyə edildiyini bildirib.

Xarici İşlər Nazirliyi sərhəddəki toqquşmalara görə Tacikistana etiraz edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*