Qırğızıstan və Tacikistan atəşkəs barədə razılığa gəldibackend

Qırğızıstan və Tacikistan atəşkəs barədə razılığa gəldi

Qırğızıstan və Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin başçıları atəşkəs barədə razılığa gəliblər.

KONKRET.azKommersant”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan departamenti məlumat yayıb.

“Qırğızıstan və Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov yerli vaxtla saat 16:00-da atəşkəs barədə razılığa gəliblər”, – departamentindən bildirilib.

Qeyd edək ki, bu gün qırğız sərhədçiləri sərhəd bölgələrində Tacikistanla şiddətli döyüşlərin getdiyini bildirib. Qırğızıstan tərəfinin məlumatına görə, tacik hərbçiləri Dostuk kəndindəki məktəb binasını zəbt edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*