Qırğızıstan və Tacikistan nümayəndələri danışıqlar zamanı dövlət sərhədinin ümumi sahəsinin daha 1,11 km-lik hissəsini razılaşdırıblar.
KONKRET.az xəbər verir ki, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Görüş çərçivəsində tərəflər birgə çöl tədqiqatları apararaq dövlət sərhədi xəttinin 1,11 km-lik hissəsi barədə razılığa gəliblər”, – məlumatda deyilir.
İki ölkənin hökumət nümayəndə heyətlərinin görüşü fevralın 11-dən 18-dək Tacikistan Respublikasının Suqd vilayətinin Buston şəhərində baş tutub.
Görüşdən sonra müvafiq protokol imzalanıb.
Burhan,
KONKRET.az
