Qırğızıstanda dövlət çevrilişinə cəhd edən qrup saxlanılıb.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, saxlanılanların sayı və şəxsiyyəti açıqlanmayıb.
Bildirilib ki, cinayətkarlar respublikada hakimiyyəti zorla devirmək niyyətində olub.
Qeyd edək ki, Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi və Daxili İşlər Nazirliyi hadisəyə hələlik münasibət bildirməyib.
İqbal Rzayev,
KONKRET.az
