Qırğızıstanda energetika nazirinə qarşı cinayət işi açıldıbackend

Qırğızıstanda energetika nazirinə qarşı cinayət işi açıldı

Qırğızıstanın Baş Prokurorluğu ölkənin energetika naziri Doskul Bekmurzayevə qarşı iki cinayət işi açıb.

KONKRET.az “Interfax”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Qırğızıstanın Baş Prokurorluğu energetika naziri Doskul Bekmurzayevə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə faktları üzrə iki cinayət işi qaldırıb”, – deyə mətbuat xidmətindən bildirib.

Prokurorluğun məlumatına görə, 2021-2022-ci illərdə energetika naziri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcəsi hesabına əməkdaşları BƏƏ, Türkiyə, Özbəkistan və Rusiyaya ezamiyyətə göndərib, nəticədə dövlətə maddi ziyan dəyib.

Bundan başqa, Bekmurzayev “Elektrik Stansiyaları” ASC-nin müvəqqəti istifadəsində olan “Teplye Klyuçi” sağlamlıq kompleksinin obyektlərində təmir işləri apararkən 15 milyon somdan (180 min dollar) çox ziyan vurub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*