Qırğızıstanda rus dilindən imtina təklif edildibackend

Qırğızıstanda rus dilindən imtina təklif edildi

Qırğızıstan Konstitusiya Şurasının üzvü Sadirdin Toraliyev rus dilinin rəsmi statusundan məhrum edilməsini təklif edib.

KONKRET.az xəbər verir ki, bu barədə “vesti.ru” məlumat yayıb.

“Bu, radikal səslənə bilər. Ancaq mənim təklifim yalnız qırğız dilinin rəsmi statusunu saxlamaqdır. Digər dilləri başqa qanunlarla inkişaf etdirə bilərik”, – deyə S.Toraliyev bildirib.

Onun sözlərinə görə, qırğız gəncləri öz ana dillərində danışmağı unudub, çünki buna artıq tələbat yoxdur. Bu tələbatı yaratmaq lazımdır ki, hər kəs öz ana dilində danışsın.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*