Qırğızıstanda sərhəddəki münaqişəyə görə taciklərə verilən cəza azaldıldıbackend

Qırğızıstanda sərhəddəki münaqişəyə görə taciklərə verilən cəza azaldıldı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qırğızıstanda sərhəddəki münaqişəyə görə taciklərə verilən cəza azaldılıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Batkənddə aprel münaqişəsində iştirakda ittiham olunan iki Tacikistan vətəndaşının işinə baxılıb.

Ömürlük həbs cəzası əvəzinə Abdurozik Kaxxorov və Aksar Yunusovun hər biri 20 il müddətinə azadlıqdan məhrum edilib.

“Bütün ailəmiz cəzanın yüngülləşdirilməsi xəbərinə sevindi, amma biz hələ də başa düşə bilmirik ki, həyat yoldaşım və Yunusovun niyə həbsdə saxlanılır? Axı onlar nə qətl, nə də cinayət törətməyiblər”, – deyən Abdurozikin həyat yoldaşı Nərgis Cabborova izah edir.

Məhkumların yaxınları məhkəmənin heç bir sübut olmadan qərar qəbul etdiyini əsas gətirərək, münaqişədə iştirakını inkar edirlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*