backend

Qırmızı bülletenlə axtarılan iranlı repçi İstanbulda tutuldu

İnterpol tərəfindən axtarılan İranın rep musiqi sənətçisi Emir Hüseyin Maksudlu İstanbulda gözaltına alınıb.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fatihdə xidmət edən polis əməkdaşları Maksudlunun şübhəli şəkildə dayandırıldığını və İnterpolun bu şəxslə bağlı qırmızı bülleten axtarışında olduğunu müəyyən edib. Türkiyəyə 20 iyul 2019-cu ildə daxil olan və viza müddətini pozan Maksudlu nəzarətə alınaraq polis idarəsinə aparılıb. O, İranda “narkotik istifadəsini təşviq etmək” cinayətinə görə axtarılırmış.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*