“Qırmızı Körpü” ilə gediş-gəliş bərpa edilib? – Videobackend

"Qırmızı Körpü" ilə gediş-gəliş bərpa edilib? - Video

Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunun açılması ilə bağlı sosial şəbəkədə video yayılıb. Videoda danışan vətəndaşlardan biri 2025-ci ildən etibarən “Qırmızı Körpü” gömrük postunun açıldığını iddia edib.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, bu informasiya əsassızdır, “Qırmızı Körpü” gömrük postu hələ də qapalıdır.

Postun açılması üçün Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır. Ölkə ərazisindən çıxan əcnəbi şəxslərin öz ölkələrinə getməsinə qadağa yoxdur. Məsələn, Gürcüstan vətəndaşı Gürcüstana, Rusiya vətəndaşı da Rusiyaya gedə bilər. Yəni onlar üçün ölkədən çıxışa məhdudiyyət yoxdur.

Məsələ ilə bağlı müvafiq qurumlara sorğu göndərilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə COVID-19 təhlükəsi səbəbindən ölkədə mart ayından xüsusi karantin rejimi tətbiq olunmağa başlayıb. İndiyədək bir neçə dəfə müddəti uzadılan xüsusi karantin rejimi 2025-ci il 1 aprel saat 06:00-dək qüvvədədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*