Türkiyəli aktrisa Bilge Şen maaşından narazılıq edib.
KONKRET.az xəbər verir ki, o bu barədə aktyor Sadri Alışıkın xatirəsini yaşadan “27-ci Teatr və Kino Aktyor Mükafatları” mərasiminə qatılarkən deyib.
Aktrisa bildirib ki, 46 illik iş təcrübəsi var. Buna baxmayaraq 44 000 lirə pensiya alır:
“46 il dövlətə xidmət etmişəm və 44 000 lirə pensiya alıram. Hələ də işləyirəm”.
![]()
