“Qırmızı xətlər” pozulsa, Azərbaycanla heç bir sənəd imzalanmayacaq” – Papoyan SƏRSƏMLƏDİbackend

“Qırmızı xətlər” pozulsa, Azərbaycanla heç bir sənəd imzalanmayacaq” – Papoyan SƏRSƏMLƏDİ

“Qırmızı xətlər” pozulacağı təqdirdə Azərbaycanla heç bir sənəd imzalanmayacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın hakim partiyadan olan deputatı Gevorq Papoyan fikir səsləndirib:

“2023-cü ilin dövlət büdcəsi Ermənistan tarixində ən böyük layihədir. Dövlət büdcəsinin xərclər hissəsi cari ilin rəqəmlərini 19 faiz üstələyərək 2,6 trilyon dram və ya təxminən 6,5 milyard dollar təşkil edəcək. Nəticədə müdafiə xərclərinin 50%, sosial xərclərin isə 12%, artırılmasına imkan verəcək. Erməni deputat vurğulayıb ki, gələn il Ermənistanın cənubunda Şimal-Cənub dəhlizinin yol hissələrinin tikintisinə başlanılacaq.

Öz növbəsində həmin fraksiyadan olan deputat Artur Hovannisyan baş nazir Nikol Paşinyanın erməni tərəfinin Azərbaycanla sülh sazişi imzalamağa hazır olması barədə bəyanatını şərh edib. O, hazırda Bakı ilə sülh sazişinin imzalanması üçün danışıqların aparılmasının çətin olduğunu deyib. Havannisyan öz erməni xislətinə sadiq qalaraq  Azərbaycan tərəfinin çox vaxt qeyri-konstruktiv mövqe sərgilədiyinə və danışıqlar prosesinə torpeda vurduğuna diqqət çəkib.

Qeyd edək ki, Gevorq Papoyan da bu mövzuya toxunub. O bildirib ki, sülh sazişinin bu ilin sonuna qədər imzalanması ilk növbədə Ermənistanın milli maraqlarına nə dərəcədə əməl edilməsindən asılı olacaq. Bu proses hər iki tərəfdən asılıdır. “Qırmızı xətlər” pozulacağı təqdirdə heç bir sənəd imzalanmayacaq.

P.S. Ermənistanın hazırkı durumunu nəzərə alsaq, erməni deputatların bu cür yanaşmalarının daxili auditoriyaya hesablandığı qətiyyətlə deyə bilərik. Çünki müharibədə məğlub olan, daxilində gərginlik yaşanan və əsəas müttəfiqi Rusiyadan ayrı düşən Ermənistanın sülh müqaviləsinə imza atmaqdan başqa seçimi yoxdur. İrəvanı nə Fransanın təəssübü, nə də ki Qərbin regiondakı maraqları xilas etməyəcək. Sülhə imza atmayacağı təqdirdə Ermənistanı nələrin gözlədiyini isə İrəvanda çox yaxşı bilirlər. “Dəmir Yumruq”, “Harop” və “Bayraktar”la iş tamamdır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*